Qəzzada təzə xurma sərgisi

Qəzzada təzə xurma sərgisi

Qəzzadakı sərgidə təzə xurma çeşidləri ilə birlikdə, marmelad, kofe, şirniyyat kimi xam maddəsi xurma olan yeyinti məhsulları nümayiş olunub.
 
Maide.Az "dunyabulteni"nə istinadən xəbər verir ki, Qəzzada yerli firma və istehsalçının iştirakı ilə "2016-cı il Fələstin Təzə Xurması" adlı sərgi açılıb.
 
Qəzza Sənaye və Ticarət Palatası tərəfindən təşkil olunan sərgiyə, özəl sektorda çalışan 22 firma və istehsalçının qatıldığı bildirilib.
 
Təzə xurma çeşidləri ilə birlikdə, marmelad, kofe, şirniyyat kimi xam maddəsi xurma olan ərzaq məhsullarının nümayiş olunduğu sərgi 3 gün davam edəcək.
 
Qeyd edək ki, sionist İsrail rejimi, təxminən 2 milyon fələstinlinin yaşadığı Qəzza zolağını uzun müddətdir blokadada saxlayır.
 
Fələstin Mərkəzi Statistika Bürosunun verdiyi məlumata görə, regiondakı işsizlik 42,7 faizə yüksəlib.

Google+ WhatsApp ok.ru