Qəzzada 5 min fələstinlinin şəxsiyyətini müəyyənləşdirən heç bir sənədi yoxdur

Qəzzada 5 min fələstinlinin şəxsiyyətini müəyyənləşdirən heç bir sənədi yoxdur

Qəzzada yaşayan fələstinlilərdən  5 min nəfərinin şəxsiyyətini müəyyənləşdirən  heç bir sənədi yoxdur və bu onların Fələstinin işğal olunmuş ərazisinə və digər bölgələrə gediş-gəlişinə problem yaradır. 
 
Maide.Az xəbər verir ki, Qəzzada yaşayan fələstinli Məhəmməd Əl-Batnaci deyir ki,  18 ildir ki, heç bir sənədim yoxdur. “Bu təssüfedici bir həqiqətdir.  Bu haçana kimi davam edəcək? Iş tapa bilmirik, sənəd olmadığı üçün iş tapanda işləyə bilirik,  müalicə üçün Qəzzadan çıxa bilmirik,  qohumlarımızı ziyarət etməyə gedə bilmirik,  yəni ən sadə hüquqlarımızdan belə məhrum edilmişik”,-deyə Qəzzada yaşayan şəxslərdən biri deyib.
 
Qəzzada yaşayan Fələstinlilərdən 5 min nəfərinin heç bir sənədi yoxdur. Sionist İsrail rejimi  Qəzza sakinlərinə sənədlərin verilməsinə maneəçilik yaradır və onların gediş-gəlişinə əngəllər törədir. Bunu Qəzza şəhər şurasının sözçüsü Məhəmməd əl-Maqadimə deyib .
 
O əlavə edib ki,  fələstinlilərə sənədlərin verilməsinin qarşısının alınması sionist rejimin baş nazirinin bir başa göstərişi əsasında həyata keçirilir.   "Bu bir siyasi qərardır və  bununla gələcəkdə ondan təzyiq vasitəsi kimi istifadə etmək niyyətindədirlər." (tasnimnews) 
 

Google+ WhatsApp ok.ru