Qətərin ərzaq təminatında problem yarana bilər

Qətərin ərzaq təminatında problem yarana bilər

Ərəb ölkələrinin Qətərlə əlaqələrini kəsməsi və Səudiyyə Ərəbistanın bu ölkə ilə sərhədlərini bağlaması Qətəri çətin duruma salıb. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, belə ki, Qətərin ərzaq məhsularının yarısı Yaxın Şərq ölkələrindən təmin olunur ki, bunun böyük hissəsi Səudiyyə Ərəbistanın ərazisindən Qətərə daxil olurdu və hazırda bu sərhəd bağlanıb. 
 
Statistik məlumatlara görə, Qətər ərzaq təminatının 49 faizini Yaxın Şərq ölkələrindən Səudiyyə Ərəbistanın ərazindən istifadə edərək təmin edir.
 
 
Bəzi beynəxlalq KİV-lərin məlumatına görə, Qətər daxilində sərhədlərin bağlanması və bir neçə ölkənin  bu ölkə ilə əlaqələri kəsməsi insanlar arasında təşvişə səbəb olub. İnsanlar marketlərə hücum edib. 
 
 
Bu gün Qətərlə bağlı baş verən hadisələri aşağıdakı kimi sıralamaq olar: 
 
- Səudiyyə Ərəbistan, BƏƏ, Misir, Bəhreyn və daha bir neçə ölkə Qətərlə diplomatik əlaqələrini kəsdi. 
 
- Səudiyyə Ərəbistan: Qətər hərbi qüvvələri Yəmənə qarşı koalisiyadan çıxarılır 
 
- Səudiyyə Ərəbistan, Misir və BƏƏ Qətər təyyarələrinə uçuşu qadağan etdilər. 
 
- Qətər diplomatlarına Səudiyyə Ərəbistanı tərk etmək üçün 48 saat, Qətər vətəndaşlarına isə 14 gün  vaxt verildi 
 
- Bu gərginliyin ardınca neftin qiyməti qalxdı 
 
- Qətər ilk reaksiya verdi və bu addımı əsassız və qəbul olunmaz adlandırdı
 
- Qətərin bütün sərhədləri gediş-gəliş üçün bağlanır, bu ölkənin  yük daşımaları  üçün yeganə yolu İran vasitəsilə mümkün olacaq. 
 
- Səudiyyə Ərəbistan və BƏƏ KİV-ləri  Qətərdə çevriliş olacağını proqnozlaşdırır və buna insanları maraqlandırır. 
 
- Oman və Kuveyt hələlik bu haqda sükut edib. 
 
- Qətər AİR Səudiyyə Ərəbistana bütün uçuşlarını dayandırıb.
 
Qeyd edək ki, Ərəb ölkələri bu addımı Qətərin Bəhreyinin daxili işinə qarışdığı üçün atdıqlarını bildirib.
 
Qətər və onun qonşuları arasındakı ixtilaf ABŞ və Fars körfəzi ölkələri arasında Ər-Riyadda keçirilmiş sammitdən 1 həftə sonra, Qətər agentliyi ölkə əmirinin adından İranla münasibətlərin qurulmasına dəstək verməsi haqda məlumat yaydıqdan sonra yaranıb. Üstəlik məlum sammit zamanı Səudiyyə rəhbərliyi bütün qonaqların adından rəsmi Tehranı “düşmən siyasətinə görə” tənqid edib və müvafiq cavabın veriləcəyi ilə hədələyib.
 
Daha sonra Qətər XİN-in rəsmi nümayəndəsi bildirib ki, agentliyin saytı sındırılıb və əmirin adından paylaşılmış nitqi xakerlər yerləşdiriblər. Lakin Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn bu təkzibi tutarsız hesab ediblər və rəsmi Tehranla münasibətlərin normallaşdırılması haqda sözlərin sanki həqiqətən də əmirə aid olmasına israr etməyə davam edir. 

Google+ WhatsApp ok.ru