Qəzza qaranlığa qərq oldu

Qəzza qaranlığa qərq oldu

Qəzzada sonuncu elektrik stansiyası yanacaq çatışmamazlığına görə işini dayandırıb. 
 
Maide.Az xəbər verir ki, “middleeasteye” saytının məlumatına görə, sionist rejimin mühasirəsində olan Qəzza tamamilə qaranlığa qərq olub. 
 
Sayt yazır ki, Qəzza xalqına qarşı bu cinayətlərdə Fələstin Milli Administrasiyasıda sionist rejimlə əməkdaşlıq edir. Belə ki, administrasiyanın rəhbəri Mahmud Abbas aprel ayında elan edib ki, Qəzza üçün enerji təminatı üçün maliyyə qaynaqlarını kəsir.   
 
Fələstin İslami Müqavimət Hərəkatının sözçüsü Sami Əbuzəhri deyib ki, Hamas administrasiyanın bu əməlini ifratçılıq və dəlilikdir.  
 
Qeyd edək ki, BMT bir neçə gün öncə açıqladığı hesabatda sionist İsrail rejiminin mühasirəsi altında olan Qəzzada mövcud vəziyyətin davam edəcəyi təqdirdə 2020-ci ildən sonra burada yaşamağın mümkün olmayacağını bildirib.
Hesabatda Qəzzada ərzaq, sığınacaq, səhiyyə, ictimai xidmətlər və digər sahələrdə ciddi problemlərin yaşandığı, hətta 2020-ci ildən sonra içməli suyun tükənəcəyi vurğulanıb.
 
BMT-dən xəbərdarlıq edilib ki, sioniost rejimi blokadanı qaldırmağa və  Fələstin rəhbərliyini lazımi addımlar atmağa çağırıb. Əgər tədbirlər görülməzsə, Qəzzada həyat bitər.
 
Xatırladaq ki, Qəzza zolağının sionist İsrail rejimi tərəfindən mühasirəsi və bu bölgədə aparılan hərbi əməliyyatlar, son illər ərzində Qəzzada sosial-iqtisadi göstəriciləri ən aşağı səviyyəyə çatıb. Bu Fələstin torpaqlarının İsrail rejimi tərəfindən işğalından sonra ən aşağı göstəricidir. 
 
Qəzza zolağının 362 min kvadrat kilometr ərazisi var ki, təqribən 1 milyon 800 min nəfər fələstinli burada yaşayır.   
 
2007-ci ildən sionist rejim bu bölgəni mühasirədə saxlayır. Sionist rejimin mühasirəsi nəticəsində Qəzza əhalisi yaşayış üçün lazım olan sadə imkanlardan, o cümlədən yemək, yanacaq, dərman və tikinti materiallarından belə məhrub edilib.

Google+ WhatsApp ok.ru