Qətifdə polis patruluna hücum edilib, 1 polis ölüb

Qətifdə polis patruluna hücum edilib, 1 polis ölüb

Artıq 3 aydan çoxdur ki, Səudiyyə rejiminin təhlükəsizlik qüvvələrinin mühasirəsi altında saxlanılan, evləri toplarla dağıdılan, insanları heç bir səbəb göstərilmədən həbs olunan və şəhid edilən Səudiyyə Ərəbistanının şərqi Qətifin əl-Məsura məhəlləsində polis patruluna hücum olunub. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, hadisə nəticəsində azı bir polis həlak olub, daha altı nəfər isə yaralanıb.
Hücum ilə bağlı araşdırma aparılır.
 
Əvamiyyə bölgəsində alti ildir ki, Ali-Səud rejiminin şiələrə qarşı represiyaları əleyhinə dinc aksiyalar təşkil olunur. Etirazçılar Ərəbistan rejimindən istəyir ki, siyasi islahatlar etsin və ayrıseçkilikdən əl çəksin. Son günlər Ali-Səud rejim qüvvələri Əvamiyyə, Qətif və Əhli-beyt (ə) ardıcıllarının məskunlaşdığı digər bölgələrə hücumları artırıb. Ali-Səud qüvvələri insanların evlərini atəşə tutur və evlərini tərk etməyə məcbur edir. 
 
Səudiyyə rejim qüvvələri ölkənin şərqində Əvamiyyə, Qətif və digər qəsəbə və kəndlərdə insanları heç bir ittiham irəli sürmədən  həbs edir.  
 
Xatırladaq ki, son bir ay ərzində Qətif bölgəsində insanlar özlərini müdafiə etmək məqsədi ilə artıq altıncı dəfədir ki, evlərini tərk etməyə məcbur edən polis patrulllarına hücum edir. 

Google+ WhatsApp ok.ru