Qəbələdə meşə yanğınları hələ də davam edir 02 Sentyabr 2017 01:00 Hadisə Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Abrıx kəndi ətrafındakı Bum meşəbəyliyinin 2 saylı dolayında, yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində yanğın davam edir. Trend-in məlumatına görə, yanğının söndürülməsi üçün tədbirlər hələ də davam etdirilir. Yanğının söndürülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün qurumlarının əməkdaşları hadisə yerinə cəlb olunub, eyni zamanda, nazirliyin müvafiq qurumları fövqəladə iş rejiminə keçib. Hadisə yerində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin canlı qüvvələri bütün mümkün vasitələrdən istifadə etməklə yanğının söndürülməsinə cəhd göstərirlər. Ərazi yüksək dağ massivində və çətin relyefdə yerləşdiyindən, eləcə də havanın küləkli olmasından onun söndürülməsində çətinliklər yaranıb. Teqlər : #Qəbələdə meşə yanğınları hələ də davam edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda iki sərnişin avtobusu toqquşdu - 11 yaralı Qərargah: Havanın isti və küləkli olması Qəbələdə yanğının söndürülməsinə çətinlik yaradır - FOTO