Qəzzada  fələstinli 3 alim yeni nəsil kərpic ixtira etdi

Qəzzada fələstinli 3 alim yeni nəsil kərpic ixtira etdi

Yeni nəsil kərpic, ehtiva etdiyi kimyəvi xüsusiyyətlərinə görə ənənəvi növlərindən fərqlidir. İzolyasiyalı kərpicin, işğalçı İsrail rejimin blokadasında saxlanılan Qəzzada elektrik böhranının təsirlərini azaltmaqda istifadə edilə biləcəyi bildirilir.
 
Maide.Az "AA"-a istinadən xəbər verir ki, Qəzzadakı İsra Universitetinin Mühəndislik Fakültəsində çalışan Fələstinli alimlərin sözügedən ixtirası haqqında  İngiltərə, Avstraliya və Misirdəki elmi jurnallarında məqalələr dərc olunub. 
 
Tədqiqatçılardan İsra Universiteti Ətraf Mühit və Enerji Araşdırmaları Mərkəzinin direktoru Əbdul- fəttah Karman, kərpic normal sement və qumdan istehsal edildiyini ancaq içindəki əlavə kimyəvi düsturlarla istilik, su və səs izolyasiya ilə təmin etdiyini bidlirib. 
 
“Bizdəki binalarda istifadə olunan materiallar istilik izolyasiyası üçün hazırlanmamış"-deyən Ə.Karman  ənənəvi kərpiclərin istifadə edildiyi binalarda yayda isti havanı içəri aldığını və otaq temperaturunun artdığını, qışda isə əksinə olduğunu bildirdi. 
 
 İxtira etdiyimiz yeni kərpiclərlə tikiləcək binalarda isə qışda istilik itirmə problem azalacaq və yayda da otaqlar sərin olacaq. Beləliklə insanlar büdcələrinə qənaət etmiş olacaqlar.  
 
İsra Universitetinindən olan digər alim Ala Müsellem bildirib ki, bu kərpiclərin işlədilməsi Qəzzada uzun illərdir yaşanan enerji çatışmamazlığından qaynaqlanan problemlərin yüngülləşməsinə yardımçı olacaq. “Lazimi yardım və dəstək olunarsa bu növ kərpiclərin geniş miqyasda istehsalını tez bir zamanda həyata keçirə bilərik.  Bu kərpiclər ətraf mühitin dostu və istehlakçılara maddi baxımdan əlavə bir xərc yaratmayan bir məhsuldur”. 
 
 
 

Google+ WhatsApp ok.ru