Qəzza xəstəxanalarında dərman yoxluğu kəskin səviyyədədir

Qəzza xəstəxanalarında dərman yoxluğu kəskin səviyyədədir

Fələstinin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Kudra Qəzza xəstəxanalarında dərman yoxluğunun kəskin mərhələsinə daxil olduqlarını deyərək, dərmanların və tibbi ləvazimatların 40%-nin qurtardığını bildirib.
 
Əl-Kudra sentyabrın 10-da Fələstin İnformasiya Mərkəzinə açıqlamasında, qurtaran dərmanların və tibbi ləvazimatının xəstələrin ehtiyac duyduqları əsas şeylər olduğunu deyib. O, xəstələrin Qəzzadan kənara göndərilməsinin də dayandırıldığını xatırladıb.
 
Səhiyyə Nazirliyinin sözçüsü, Qəzzadakı xəstələrin hüquqlarını pozmaqda sionist İsrail rejimilə yarışan Fələstin Rəhbərliyinin hərəkətləri səbəbi ilə 30 xəstənin dünyasını dəyişdiyini açıqlayıb.
 
Qəzza xalqını müqavimətə verdiyi dəstək səbəbiylə cəzalandıran Fələstin Muxtariyyətinin sədri Mahmud Abbas, Qəzzaya qarşı bir sıra sanksiyalar tətbiq edib.(deyerler.org)
 
 

Google+ WhatsApp ok.ru