Qətər və Böyük Britaniya razılaşdı

Qətər və Böyük Britaniya razılaşdı

Qətər və İngiltərə 24 Typhoon tipli döyüş təyyarəsini alınması ilə bağlı razılığa gəlib. 
 
Maide.Az beynəltxalq KİV-lərə istinadən xəbər verir ki, Qətərin Müdafiə Nazirliyi yazılı açıqlamasında bildirib: Qətər müdafiə naziri Xəlif əl-Atiyyə paytaxt Dohada səfərdə olan İngiltərə müdafiə naziri Mişel Fallon ilə görüşüb. 
 
Görüş zamanı iki ölkə regionda baş verən hadisələr və xüsusi ilə terrorla mübarizə sahəsində hərbi əməkdaşlıq məsələlərini müzakirə edib. Həmçinin iki ölkə arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən Qətər İngiltərədən 24 "Typhoon" tipli döyüş təyyarəsi alıb. /
 

Google+ WhatsApp ok.ru