Qərar dəyişməzsə, 10 min tələbə ziyan çəkəcək

Qərar dəyişməzsə, 10 min tələbə ziyan çəkəcək

Tələbələr ABŞ-ın əvəzinə Kanadanı seçmək məcburiyyətində qalacaqlar

 
ABŞ ilə Türkiyənin qarşılıqlı olaraq vizaları dayandırması ən çox tələbələrə təsir edib. Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, "Work and Travel" və dil kursları çərçivəsində ABŞ-a üstünlük verən 10 min tələbə bundan ziyan çəkəcək.
 
ABŞ-da dil kurslarının təşkil olunduğu ən əsas dövr oktyabr-noyabr aylarına təsadüf edir. Bu dövrdə Türkiyədən olan xeyli sayda tələbə ABŞ-a dil təhsili almaq üçün gedir.
 
Ancaq viza qadağası səbəbindən həmin tələbələr zərər görə bilərlər. Əgər qərar dəyişməzsə, tələbələr ABŞ-ın əvəzinə Kanadanı seçmək məcburiyyətində qalacaqlar.
 
Qeyd edək ki, "Work and Travel" çərçivəsində tələbələr ABŞ-a gedərək, həm orada həm işləyir, həm də ABŞ-ı gəzmək fürsəti qazanırlar.
 
Xatırladaq ki, ABŞ Türkiyə vətəndaşlarına qarşı viza qadağası tətbiq edib. Buna adekvat olaraq Ankara da eyni qərarı qəbul edib. 

Google+ WhatsApp ok.ru