Qəzzada xəstəxanalar dərmanlara möhtac qalıb

-- 3200-dən çox fələstinli xəstəxanalarda iynə-dərman gözləyir

Sionist İsrail rejiminin işğalı altında olan Qəzzada xəstəxanalarda tibbi ləvazimatlara ehtiyac var.
 
Maide.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, son 2 həftədə sionistlərin yaraladığı 3200-dən çox fələstinli xəstəxanalarda iynə-dərman gözləyir.
 
Şəfa Xəstəxanasının təcili yardım şöbəsinin müdiri Əymən əl-Səhbani bildirib ki, yaralı sayının durmadan artması və dərmanların tükənməsi səbəbindən onlara lazımi xidmət göstərilə bilmir.
 
İsrail rejimi Qəzzanı blokadada saxlayaraq humanitar yardımların gətirilməsinə mane olur.
 
Qeyd edək ki, fələstinlilər 30 martdan etibarən tarixi torpaqlarına qayıtmaq üçün "Böyük Qayıdış Yürüşü" keçirirlər. Sionistlərin silahsız insanları atəşə tutması nəticəsində 35 nəfər şəhid olub, 3219 nəfər yaralanıb.
 
Nümayişlər davam edir.

Google+ WhatsApp ok.ru