Qəzzada Trampın qərarına etiraz olaraq ümumi tətil elan edilib

Qəzzada Trampın qərarına etiraz olaraq ümumi tətil elan edilib

-- mayın 14-də

Fələstin Milli və İslami Böhran İzleme Komitəsi ABŞ prezidenti Donald Trampın  Qüdslə bağlı qərarına etiraz olaraq ümumi tətil elan edib.
 
Maide.Az Fələstin əl-Yəvm agentliyinə istinadən  xəbər verir ki,  ümumi tətil  may ayının 14-ə (“Nəkbə” (Böyük fəlakət) gününə) təyin edilib.  
 
Tətilə  nəqliyyat və bəzi önəmli xidmət sektorundan başqa bütün Qəzza qoşulacaq.  
 
Qeyd edək ki, ABŞ rəhbərliyi Qüdsdəki səfirliyini mayın 14-də (işağlçı rejimin  "Müstəqillik Günü" – Böyük fəlakət günü ) açmağı planlaşdırır.
Sionis İsrail rejimin Fələstin torpaqlarını işğal etmə günü “Nəkbə” (Böyük fəlakət) günü adlandırılır. Bu il Fələstinin İsrail rejimi tərəfindən işğalının 70-ci ili münasibətilə Fələstinin müxtəlif bölgələrində geniş miqyaslı aksiyaların keçirilməsi nəzərdə tutulur. 
 
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 6 dekabr 2017-ci ildə Qüdsü "İsrailin paytaxtı" olaraq tanıdığını və Təl-Əvivdəki səfirliyin Qüdsə köçürülməsi üçün Dövlət Departamentinə göstəriş verdiyini açıqlamışdı.
 
Trampın qərarına qarşı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Türkiyənin təşəbbüsüylə hazırlanan Qüdsün statusuna dair "İsrailin İşğal Altındakı Şərqi Qüds və Fələstin Torpaqlarındakı Fəaliyyəti" adlı qətnamə layihəsi ABŞ-ın təhdidlərinə baxmayaraq, 21 dekabr 2017-ci ildə 9-a qarşı 128 səslə qəbul edilmişdi. Səsvermədə 35 ölkə isə bitərəf qalmışdı.  
 
ABŞ-ın Qüdsü "İsrailin paytaxtı" olaraq tanıma qərarına qarşı Qəzzada və dünyanın müxtəlif ölkələrində "Qüdsə dəstək yürüşləri" keçirilib.
 

Google+ WhatsApp ok.ru