Qəzza “Böyük Qayıdış Yürüşü”nü davam etdirir – 7-ci cümə

Qəzza “Böyük Qayıdış Yürüşü”nü davam etdirir – 7-ci cümə

-- 1 nəfər şəhid olub, 973 fələstinli yarlanıb

Ötən gün  Fələstin xalqı Qəzzada “Böyük Qayıdış Yürüşü” çərçivəsində sərhədə doğru yenidən hərəkət keçib.
 
Maide.Az “AA”-a istinadən xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyinin yayımladığı açıqlamaya görə, Xan Yunus bölgəsində  sionist İsrail rejim əsgərlərinin açdığı atəş nəticəsində  Cabir Salim Əbu Muslim adlı 40 yaşlı fələstinli şəhid olub. 
 
Artıq 7-ci cümə günüdür ki, Fələstin xalqı “Böyük Qayıdış Yürüşü” çərçivəsində din etiraz yürüşləri təşkil edir. Minlərlə fələstinlinin sərhəddə dinc nümayişinə işağlçı sionist İsrail rejimi tərəfindən sərt müadaxilələr edilir.
 
Hərbçilər döyüş patronlarından, eləcə də gözyaşardıcı qazdan istifadə edirlər.
 
Ötən cümə günü  İsrail əsgərlərinin açdığı atəş nəticsəində 973 fələstinli yaralanıb. Onlardan  176-sı İsrail əsgərləri tərəfindən həqiqi güllə ilə vurulub, 371 nəfəri isə müalicə üçün xəstəxanaya yerləşdirilib. 
 
Səhiyyə Nazirliyinin açıqlamasında həmçinin bildirilir ki,  cümə günü keçirilən aksiyalarda işğalçı rejim tərəfindən yaralananlar arasında  49 az yaşlı uşaq, 12 qadın, 34 tibb işçisi və 4 jurnalist də var. 
  
30 martdan bu günə qədər 53 nəfər şəhid olub. Təqribən 8 min fələstinli isə yaralanıb. 
 
 

Google+ WhatsApp ok.ru