Qəzzada `Beynəlxalq Qüds Günü` - 4 şəhid, 618 yaralı

Qəzzada `Beynəlxalq Qüds Günü` - 4 şəhid, 618 yaralı

-- İsrail rejimi aksiyaya əsl güllələrlə müdaxilə edib

İyun ayının 8-də Qəzzanın Fələstinin işğal olunmuş əraziləri ilə sərhəddində "Beynəlxalq Qüds Günü" fələstinlilərə İsrail rejimi əsl güllələrlə müdaxilə edib.
 
Maide.Az "AA"-a istinadən xəbər verirki, 4 fələstinli  -  29 yaşlı  Yusuf əl Fasih,  15 yaşlı Haysem İmad əl-Cəml, 25 yaşlı Ziyad  Cadallah əl-Bərim,  26 yaşlı  İmad Nəbil Əbu Dərrab - şəhid olub. 
 
Beynəlxalq Qüds Günü etiraz aksiyasında işğalçı rejimin müdaxiləsi nəticsəində 618 nəfər yaralanıb. Onlardan  117 nəfər əsl güllələrlə yaralanıb. Yaralılardan 9 nəfərin vəziyyəti ağırdır. 
 
Qeyd edək ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə,  mart ayının 30-dan  başlayan "Böyük qayıdış yürüşü" etiraz aksiyasında indiyədək  120-dən çox fələstinli şəhid olub. Onlardan 13-u azyaşlı uşaq,  2-si tibb işçisi, 2-si jurnalistdir.  Bu aksiyalar zamanı  13 min 672 nəfər yaralanıb ki, onların 7451-i  əsl güllərlə hədəf alınıb. 
 

 

Google+ WhatsApp ok.ru