Qəzzadakı uşaqlardan İsrail əleyhinə aksiya

Qəzzadakı uşaqlardan İsrail əleyhinə aksiya

Qəzzalı uşaqlar, İsrail rejiminin Fələstin xalqına qarşı etdiyi zülm və haqsızlıqlara görə cavab verməsini tələb edir. 
 
Maide.Az  "AA"-a istinadən xəbər verir ki, Böyük Qayıdış Yürüşü tədbirləri çərçivəsində Qəzza zolağının qərbində təşkil edilən aksiyaya qoşulan uşaqlar, babalarının torpaqlarına dönmək istədiklərini bildiriblər.
 
Qəzzadakı blokadanın götürülməsini istəyən kiçik etirazçılar, " Ey Qüds, biz gəlirik" , " Qayıdırıq ey vətən"  yazılı pankartlar qaldırıblar.
 
Etiraz aksiya iştirakçılarından Hamadə Ehil, AA jurnalistinə verdiyi müsahibədə " Babalarımızın müdafiə etdiyi torpaqlarımıza dönməyin haqqımız olduğunu unutmadıq və heç bir zaman unutmayacağıq. Bunu vurğulamaq üçün toplandıq" dedi.
 
"Fələstin bir İslam və Ərəb diyarıdır"-deyən Hamadə Ehil  "Qüds Fələstinin əbədi paytaxtıdır, sionistlərin heç bir haqqı yoxdur" kimi şüarlar səsləndirdi.

Google+ WhatsApp ok.ru