Qəzzada qanlı cümə: İsrail 7 nəfəri öldürüb, 500-dən çox yaralı var - FOTO 29 Sentyabr 2018 01:00 Fələstin Xəbər verdiyimiz kimi, dünən işğalçı İsrail ordu qüvvələri Qəzzada blokadaya etiraz olaraq keçirilən "Böyük qayıdış" yürüşünün iştirakçılarını atəşə tutub. Son məlumata əsasən, azı 7 nəfər həlak olub, 500-dən çox insan yaralanıb. Ölənlər arasında uşaqlar da var. Maide.Az "Felestin.info" -a istinadla xəbər verir ki, dünən baş tutmuş sayca 27-ci "Böyük qayıdış" yürüşü "əl-Əqsa intifadasının cüməsi" adlandırılıb. Qəzza Səhiyyə Nazirliyi həlak olanlardan dördünün şəxsiyyətini aşağıdakı kimi açıqlayıb: 14 yaşlı Məhəmməd Hum, 18 yaşlı İyad əl-Şair, 24 yaşlı Məhəmməd Şəxsa, 18 yaşlı Məhəmməd İnşasi, 26 yaşlı Məhəmməd Əvavda. Digər iki nəfərin adları isə hələ açıqlanmayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Əşrəf əl-Qedra bildirib ki, nümayişdə ümumilikdə 506 nəfər xəsarət alıb, onların 90 nəfəri biləvasitə güllələnib, üç nəfərin vəziyyəti isə ağırdır. Yaralılar arasında 35 uşaq, dörd qadın və iki jurnalist də var. Hadisə yerində olan jurnalistlər və fəallar qətliamın ürəkağrıdan görüntülərini çəkməyi və sosial şəbəkələrdə paylaşmağı bacarıblar. Qeydə alınmış bir video görüntüdə könüllü media müxbiri kimi çalışan fələstinli tələbə İsrailin atdığı qaz bombasının birbaşa hədəfinə çevrilir. Bildirək ki, "Böyük qayıdış" yürüşünün ali milli komitəsi həftənin əvvəlində Qəzza sakinlərini 27-ci cümə yürüşünü daha izdihamlı keçirməyə səsləyib. Bununla 2000-ci ildə başlanmış əl-Əqsa intifadasının ildönümü qeyd olunub. Komitə bəyan edib ki, Qəzza sərhədlərindəki bu nümayişlər çoxillik blokada ləğv edilənədək və fələstinlilər 1948-ci ildə qovulduqları doğma torpaqlarına qayıdanadək davam edəcək. Teqlər : #Qəzzada qanlı cümə: İsrail 7 nəfəri öldürüb,#500dən çox yaralı var FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fələstin İslami Cihad Hərəkatının yeni lideri seçildi İsrail əsgərləri `Reuters` agentliyinin jurnalistini vurdular
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar