Qəzzada içməli su və dərman böhranı davam edir

Qəzzada içməli su və dərman böhranı davam edir

Qəzzada hər 10 ailədən sadəcə 1-nin etibarlı içməli su təminatına imkan var.
 
Maide.Az xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Fələstin Statistika Təşkilatı yayımladığı yeni hesabatında açıqlayıb. 
 
Təşkilatın hesabatına görə,  Qəzzadakı ailələrin 11 %-nin (hər 10 ailədən 1-nin) etibarlı  içməli su təminatı var.  
 
Hesabatda Qərbi Şəriədəki ailələrin isə 95 %-nin etibarlı içməli su təchizatına çıxışı olduğu qeyd olunur.
 
Qeyd edək ki, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) ötən il yayımladığı hesabata görə, Qəzzanın 2020-ci ildə su və elektrik kimi böhranlara görə insan yaşayışı üçün əlverişsiz bir yer olacağı  vurğulanır.  
 
İşğalçı İsrail rejiminin mühasirəsində saxlanılan Qəzza zolağında dəniz, yeraltı və kanalzasiya sularının qarışması səbəbindən etibarlı içməli su təchizatı sahəsində böhran yaşayır.
 
Dərman çatışmamazlığı ilə bağlı xəbərdarlıq
 
Fələstin Səhiyyə Nazirliyi Qəzzada dərman çatışmamazlığı ilə bağlı  xəbərdarlıq edib.  
 
Nazirliyin sözçüsü Əşrəf Əl-Kudra bildirib ki, qorxuruq dərman çatışmamazlığı xüsusi ilə təzyiq, diabet və ürək çatışmazlığı ilə bağlı dərmanların olmaması xəstələrin sağlamlığını təhlükəyə atsın.  
 
Qəzzada 13 dövlət xəstəxanası və 54 tibb ocağı 2 milyona yaxın Fələstinliyə xidmət göstərir.

Google+ WhatsApp ok.ru