Qəzza sosial partlayışın son həddindədir – BMT rəsmisi

Qəzza sosial partlayışın son həddindədir – BMT rəsmisi

Fələstindəki vəziyyət sülhə xidmət etməyən əbədi işğal, şiddət və tək dövlət həqiqətinə çevrilib.

“Qəzzada sosial-iqtisadi, təhlükəsizlik və siyasi vəziyyət kimi mühüm fundamental göstəricilər hər gün pisləşməkdə davam edir. Bunun qarşısını almaq üçün “söz” yox əməli fəaliyyət lazımdır.”
 
Maide.az Türkiyə mediasına istinadla xəbər verir ki, bunu BMT Yaxın Şərq üzrə xüsusi koordinatoru Nikolay Mladenov deyib. 
 
Nikolay Mladenov, sionist İsrail rejiminin mühasirədə saxladığı  Qəzzada humanitar vəziyyətin getdikcə pisləşdiyini diqqəti çəkərək, “Qəzzada sosial partlayış var. Bu şişirtmə, ya da bir xəbərdarlıq deyil, həqiqətdir” ifadəsini işlədib.
 
BMT Təhlükəsizlik Şurasını Qüdsdən video konfrans ilə Fələstindəki inkişaflara bağlı məlumatlandıran Mladenov, bildirib ki, hazırda Fələstindəki vəziyyət sülhə xidmət etməyən əbədi işğal, şiddət və tək dövlət həqiqətinə çevrilib.
 
Qeyd edək ki, Dünya Bankının hesablamalarına görə, Qəzzada işsizlik 53 faizi keçib. Fələstinli gənclərin 70 faizi hazırda işsizdir və hər iki nəfərdən biri yoxsulluq həddində yaşayır.

Google+ WhatsApp ok.ru