Qəzzada xalq küçələrə çıxıb müqaviməti təbrik etdi -VİDEO

Qəzzada xalq küçələrə çıxıb müqaviməti təbrik etdi -VİDEO

Ötən gecə müqavimət ilə İsrail rejimi arasında Misirin vasitəçiliyi ilə atəşkəs haqqında razılıq əldə olunduqdan sonra  Qəzza sakinləri müqavimətin uğurlarını qeyd etmək üçün küçələrə axışıb.
 
Maide.Az  "deyerler.org"a istinadla xəbər verir ki, Xalq hücumlarda şəhid olanların evlərini, xüsusilə də bazar günü İsrail rejiminin xüsusi birliyinin sızmasından sonra baş verən qarşıdurmada şəhid olan İzzəddin Əl-Qəssam briqadalarının komandiri Nur Bərəkənin evini ziyarət ediblər.
 
Bu arada, Qəzzadakı yenidənqurma və məskunlaşma naziri Müfid Əl-Has açıqlama verərək, İsrail rejiminin Qəzzanı iki gün intensiv şəkildə bombalamaları nəticəsində ilkin hesablamalara görə, 880 evin tamamilə və ya qismən dağıdıldığını bildirib: “İlkin hesablamalara görə, sionist işğalçının iki günlük hücumlarından 80 ev tamamilə dağıdılıb, 50 ev böyük miqdarda, 750 ev də orta və yüngül dərəcədə zərər görmüşdür”.
 
Qəzzaya qarşı işğalçı qüvvələrin başlatdığı intensiv bombardmanda iki gün ərzində ümumilikdə 14 nəfər şəhid olub, 25 nəfər də yaralanıb. Müqavimət qüvvələrinin güclü hədəflər istiqamətində cavab tədbirlərində isə, 2 işğalçı həlak olub, yüzdən çoxu yaralanıb və yüzlərlə insan evlərini tərk edib.

Google+ WhatsApp ok.ru