Qəzzada 35-ci Böyük Qayıdış yürüşü baş tutub, güllələnmə davam edib (FOTO)

Qəzzada 35-ci Böyük Qayıdış yürüşü baş tutub, güllələnmə davam edib (FOTO)

Dünən Qəzza sektorunda baş tutmuş növbəti Böyük Qayıdış yürüşündə işğalçı İsrail rejim qüvvələri etirazçılara atəş açıb.
 
Maide.Az "Felestin.info"a istinadən xəbər verir ki,  Fələstin İnformasiya Mərkəzinin verdiyi xəbərə görə, Qəzza Səhiyyə Nazirliyinin məlumatına əsasən, 14 nəfər odlu silah atəşindən və gözyaşardıcı qaz təsirindən xəsarət alıb.
 
İnformasiya Mərkəzinin bildirdiyinə görə, havanın soyuq keçməsinə baxmayaraq Qəzza sektorunu blokadada saxlayan çəpərin yaxınlığına yüzlərlə etirazçı toplaşaraq 35-ci cümə yürüşünü təşkil ediblər. Nümayişdə iştirak edən qadınlar çadırlarda müxtəlif şirniyyatlar və xəmir məhsulları bişirərək paylayıblar.
 
Böyük Qayıdış yürüşü və blokadanın ləğv edilməsi üzrə ali milli komitə etiraz aksiyalarının məqsədə nail olana qədər davam edəcəyini bəyan edib.
 
Bildirək ki, bu yürüşlərdə bu günədək 220 nəfərdən çox insan həlak olub, 23 mindən çox etirazçı yaralanıb.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru