Qərbi Benqaliyada ilk dəfə bir müsəlman bələdiyyə sədri oldu

Qərbi Benqaliyada ilk dəfə bir müsəlman bələdiyyə sədri oldu

Hindistanın Qərbi Benqaliya əyalətinin paytaxtı Kalkütada müstəqillikdən sonra ilk dəfə olaraq bir müsəlman bələdiyyə sədri seçilib. 
 
Maide.Az “dunyabulteni”ə istinadla xəbər verir ki,  cümə axşamı günü açıqlanan seçki nəticələrinə görə  Firhad Hakim Qərbi Benqaliya rəhbəri Mamata Banerjeenin göstərişi əsasında  Kalküta bələdiyyəsinə sədr təyin edilib. 
 
Yeni bələdiyyə sədri F.Hakim  şəhərin inkişafı üçün çalışacağını bildirib.  
 
Hindistanda aparılmış 2011-ci ilin statistikasına görə, Qərbi Benqaliya ştatının əhalisi Hindistanın əhalisinin 27.1 faizini təşkil edir.  Burada 24 milyondan çox Benqallı müsəlman yaşayır. 
 

Google+ WhatsApp ok.ru