Qəzzada dünənki cümə yürüşə də xəsarətlərlə yadda qalıb (FOTO)

Qəzzada dünənki cümə yürüşə də xəsarətlərlə yadda qalıb (FOTO)

Dünən blokada altındakı Qəzza sektorunda sərhəd çəpəri yaxınlığında keçirilmiş növbəti cümə yürüşündə işğalçı İsrail rejim qüvvələrinin açdığı atəş nəticəsində 28 nəfər yaralanıb.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, işğalçı ordu dinc nümayişçilərə odlu silah və gözyaşardıcı qaz bombaları ilə atəş açıb. Belə ki, işğalçı rejim əsgərləri əsasən həqiqi döyüş güllələri və rezin ortüklü metal güllələrdən istifadə ediblər.
 
Nazirliyin mətbuat katibi Əşrəf əl-Qidranın sözlərinə görə, yaralıların azı 18 nəfəri güllə yarası alıb. Yaralılardan biri əl-Bureyc qaçqın düşərgəsi yaxınlığında güllələnmiş jurnalistdir. Yaralılardan bir qismi yerli xəstənaya aparılıb, bir qismi isə hadisə yerində ilkin müalicə alıb.
 
İsrail əsgərləri yaralıları daşıyan təcili tibbi yardım maşınını da atəşə tutublar. Belə ki, xidməti avtomobil gözyaşardıcı qaz bombası ilə vurulub.
 
Bildirək ki, martın 30-dan başlamış Böyük Qayıdış yürüşlərində təxminən 220 nəfər fələstinli həlak olub, 22 min nəfər isə yaralanıb.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru