Qətər OPEC-i tərk etdi

Qətər OPEC-i tərk etdi

Qətər OPEC üzvü kimi gündə 656 min barel neft hasil edirdi

Qətər Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEC) təmsil olunmayacağını açıqlayıb. Maide.az FaktXəbər-ə istinadla xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
 
Ölkənin energetika naziri Səd əl-Kabi bildirib ki, Qətər bundan sonra digər ölkələr kimi neft ticarətini müstəqil həyata keçirəcək.
 
Qeyd edək ki, Qətər müstəqil neft ixracatına 2019-cu ilin yanvarından başlayacaq.
 
Qətər OPEC üzvü kimi gündə 656 min barel neft hasil edirdi.

Google+ WhatsApp ok.ru