Qəbiristanlıqların salınması və idarə olunması bələdiyyələrə verilib

Qəbiristanlıqların salınması və idarə olunması bələdiyyələrə verilib

Qəbiristanlıqların salınması və idarə olunması qaydaları təsdiqlənib.
 
Maide.Az xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
 
Qərara əsasən “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli qanununun tətbiqi haqqında Azərbaycan Prezidentinin 2018-ci il 18 yanvar tarixli Fərmanının 3-cü hissəsinə əsasən “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” təsdiqlənib.
 
Yerli icra hakimiyyəti orqanlarına bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş qaydalardan irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədi ilə qəbiristanlıqların müvafiq bələdiyyələrə 3 (üç) ay müddətində təhvil verilməsini təmin etmək tapşırılıb.
 

Google+ WhatsApp ok.ru