Qəzəb odu

Qəzəb odu

İmam Baqir (ə) buyurmuşdur:
 
إِنَّ هَذَا الْغَضَبَ جَمْرَةٌ مِنَ الشَّيْطَانِ تُوقَدُ فِي قَلْبِ ابْنِ آدَمَ
 
“Həqiqətən, qəzəb Adəm övladının qəlbində şeytanın qaladığı oddur”.
 
 
(“Biharul-ənvar”, c.70, səh.278).
 
 
Qısa izah

Həyatda insanın qəzəb və stress halında hansısa bir işi həyata keçirdikdən və ya müəyyən bir qərar qəbul etdikdən sonra peşman olmadığı zamanlara rast gəlmək çox nadir hallarda müşahidə edilir.

Çünki insan vücudunda qəzəbin yandırıcı alovu şölələndiyi vaxt insanın əql və düşüncəsi bütövlükdə qüvvədən düşür, əsəb və bədən üzvləri, adətən, elə bir istiqamətdə hərəkət edir ki, bəzən ortaya çıxan zərər və acı nəticələrin bərpa olunmasına bir ömür belə kifayət etmir.

Şeytanın bu yandırıcı atəşi zahir olduğu zaman, diqqət və sürətlə ona hakim olmalı və onu söndürməliyik. Əks təqdirdə, həm özünün, həm də digər insanların həyatını təhlükə altına ata bilməyimiz mümkündür.

Bəli! Qəzəbləndiyiniz zaman nə bir qərar qəbul edin, nə kimi isə cəzalandırın və nə də bir söz danışın. Çalışın ki, o mühitdən uzaqlaşıb başqaları ilə ünsiyyət qurasınız.

Hazırladı: Maide.az – Maarif bölməsi

 

 

 

Google+ WhatsApp ok.ru