Qəzzada İsrailə casusluq edən 45 nəfər saxlanılıb 09 Yanvar 2019 09:01 Fələstin İsrail xüsusi təyinatlılarının Qəzzanın Xan Yunis məntəqəsinə soxularaq keçirdiyi əməliyyatla əlaqəli aparılan araşdırmar zamanı işğalçı İsrail rejiminə casusluq ittihamı ilə 45 nəfər saxlanılıb. Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, HƏMAS hərəkatının nəzarəti altında olan Qəzza zolağının Daxili İşlər Nazirliyi çərşənbə axşamı yayımladığı məlumatda, ötən il noyabrın 11-də Qəzzada İsrail xüsusi təyinatlılarının əməliyyatları ilə bağlı onlara dəstək olan 45 "cəsus, xəbərçi və köməkçinin saxlanıldığını bəyan edilib. Daxili İŞlər Nazirliyi casusluq edən şəxslərin etirafları və İsrail rejiminə necə əlaqə qurduqları haqqında video material yayımlayıb. Hazırda saxlanılan şəxslər barəsində cinayət işi açılıb və araşdırmalar davam etdirilir. Qeyd edək ki, ötən ilin noyabr ayında işğalçı İsrail ordusu Qəzzada xüsusi əməliyyat keçirib. Xan Yunis məntəqəsinə daxil olan xüsusi təyinatlılar Həmas komandirlərindən birini ələ keçirməyə çalışıb. Ancaq İsrail ordusunun əməliyyatı ifşa olunub və tərəflər arasında silahlı toqquşma baş verib. Nəticədə atışmada zamanı 7 nəfərlik İsrail xüsusi təyinatlı qrupundan bir zabit öldürülüb. İsrail ordusu vertolyotları toqquşma gedən bölgəni bombalayıb. Atışma nəticəsində 6 Həmas döyüşçüsü, o cümlədən Şeyx Nur Bərəkət şəhid olub. Teqlər : #Qəzzada,#İsrailə,#casusluq,#edən,#nəfər,#saxlanılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail əsgərləri səbəbsiz yerə fələstinli qızı güllələyiblər Fələstin Qanunverici Şurası: Mahmud Abbasın prezidentlik mandatına son qoyulmalıdır
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar