Qəzzada böhran: 7 xəstəxana elektrik çatışmazlığı ucbatından işini dayandırıb

Qəzzada böhran: 7 xəstəxana elektrik çatışmazlığı ucbatından işini dayandırıb

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi dünən yanacaq çatışmazlığı ucbatından 7 hospitalın elektriksiz qalaraq fəaliyyətini dayandırmasından sonra bölgədə humanitar və səhiyyə böhranının baş qaldırdığı barədə xəbərdarlıq bəyanatı yayıb.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, Qəzzada xərçəng xəstələrinin müalicəsini həyata keçirən cəmi iki hospitaldan biri Rantisi adına Uşaq Xəstəxanasının baş həkimi Məhəmməd Səlmiyyə dünən keçirdiyi mətbuat konfransında bunları deyib: "İsrailin Qəzza bölgəsinə blokada tətbiq etməsindən bəri ilk dəfədir ki, əlavə saatlarda elektrik generatorlarının fəaliyyətini təmin etməkdə aciz qalmaqdayıq".
 
Baş həkimin sözlərinə görə, hazırda Qəzzadakı xəstəxanalardan daxil olmuş məlumatlara əsasən, işıqsız saatlarda elektrik generatorlarını işlətmək üçün lazım olan yanacaq həcminin cəmi 17 faizi qalıb.
 
M.Səlmiyyə diqqətə çatdırıb ki, Səhiyyə Nazirliyinin qənaət üçün həkimlərin əməkhaqlarına tətbiq etdiyi məhdudlaşdırmalar da bundan sonra işə yaramayacaq, çünki vəziyyət artıq kritik həddə çatıb.
 
Qəzza Səhiyyə Nazirliyi yaranmış humanitar faciədən çıxış yolu tapmaq üçün maraqlı təşkilatlara və dövlətlərə yardım üçün müraciət edib.
 
Bildirək ki, Qəzzanın səhiyyə sistemi 13 ilə yaxındır ki, işğalçı İsrail rejiminin tətbiq etdiyi blokada və Fələstin Milli Hökumətinin tətbiq etdiyi sanksiyalar ucbatından çoxlu problemlərlə üzləşib. Qəzzadakı hospitallar işıqsız saatlarda elektrik təminatını bərpa etmək üçün ayda 45 min litr yanacağa ehtiyac duyur. Bölgədə hazırda sutka ərzində 8-12 saat elektrik kəsintisi olur.

Google+ WhatsApp ok.ru