Qəzzada gecə nümayişləri atəşə tutulub, 20 yaralı var

Qəzzada gecə nümayişləri atəşə tutulub, 20 yaralı var

Dünən Qəzza sərhədləri yaxınlığında keçirilən dinc gecə nümayişləri işğalçı İsrail rejim qüvvələri tərəfindən atəşə tutulub. Nəticədə azı 20 fələstinli yaralanıb.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, bu barədə açıqlamasında Qəzza Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl-Qidranın sözlərinə görə, Qəzzanın Cəbəliyyə bölgəsində 19 nəfər işğalçılar tərəfindən atəş açılaraq yaralanıblar.
 
Qəzza sərhədlərinin qarşı tərəfində mövqe tutmuş İşğalçı ordu əl-Bureyc qəsəbəsindəki nümayişçilərə də atəş açıb, nəticədə bir uşaq ayağından yaralanıb.
 
Nümayişlər Böyük Qayıdış yürüşünün davamı kimi həyata keçirilib.
 
Bildirək ki, Qəzzada gecə nümayişləri ötən ilin noyabr ayından dayandırılmışdı. İşğalçı rejim Qəzzaya qarşı 13 illik blokadanı yumşaltmaq, Qətərin maliyyə yardımlarına mane olmamaq və digər xidmətləri sərbəst buraxmaq barədə vəd verdikdən sonra gecə nümayişləri təxirə salınıb. Lakin İsrail rejimi Misir, Qətər və BMT-nin vasitəçilik səylərinə və verdiyi vədlərə sadiq qalmadığı üçün ötən həftədən bəri gecə nümayişləri bərpa edilib.
 

Google+ WhatsApp ok.ru