Qəzza zolağında 20 fələstinli xəsarət aldı

Qəzza zolağında 20 fələstinli xəsarət aldı

Ötən gün Qəzza zolağında etiraz aksiyası keçirən bir qrup fələstinliyə İsrail rejimi hərbçiləri atəş açıb.

Baş verən insident nəticəsində 20 fələstinlinin yaralandığı bildirilir. Məlumata əsasən, etiraz aksiyasını HƏMAS müqavimət hərəkatı təşkil edib. İsrail hərbçiləri etirazçılara qarşı gözyaşardıcı qaz, rezin güllə, o cümlədən odlu silahlardan atəş açıb.

Fələstin Qızıl Aypara Cəmiyyəti 7 fələstinlinin odlu silahdan yaralandığını açıqlayıb. Digərlərinin isə qazdan zəhərləndiyi qeyd edilir.  /eastnews.org/ 

Google+ WhatsApp ok.ru