Qəzzalı uşağa ad günü təbriki

Qəzzalı uşağa ad günü təbriki

 
Dağıntıların arasında, qaranlıq, yanan şam işığı... 
 
Bu bir film səhnəsi deyil, real həyatdır. Qəzzanın günlük həyatı. Sosial şəbəkələrdə yayılan bir foto bəlkə də bütün bəşəriyyətə bir mesajdır. 
 
Qəzzada körpə uşaqlar üçün doğum günü qeyd edən valideynlər bu fotonu paylaşıb. 
 
Sionistlərin hava hücumları zamanı evləri dağılmış yüzlərlə Qəzzalı ailələrdən birində xoş gündür. Tort alınıb, üzərinə şam qoyulub və körpələrin üzündə sevinc var. Ətrafdakılar isə bu sevincə şərik olmaq üçün gülür. Amma bu gülüşün altında nisgil, kədər var. İllərdir ki, bu vəziyyət ilə üz-üzə qalan Qəzza əhalisi bu addımla dünyaya bir mesaj verir. "Biz öldürülsək də, evlərimiz dağılsa da ayaqdayıq və mübarizəmiz davam edəcək." 
 
Hər gün Qəzzada onlarla məsum insan öldürülür, yaralanır, həbs edilir. Amma hər gün Qəzzada onlarla uşaq doğulur, böyüyür, şəhidlərin yerini tutur. 
 
Təpədən dırnağa qədər silahlanmış sinonist əsgərinin qarşısında o kiçik əlindəki daşla dayanır. Qorxmur. Çünki o gözünü açdığı xəstəxananın uçuq divarları güllə izləri ilə dolu idi. Gözlərini açanda ilk gördüyü güllə izi, eşitdiyi güllə səsidir. O qaranlıqdan qorxmur. Çünki işıq nə olduğunu bilmir. O aclıqdan qorxmur, çünki yemək nə olduğunu dərk eləmir. O, böyüyür, hər yaş gününü də dağıntılar arasında belə qeyd edir. O, bütün bunların səbəbkarını da yaxşı tanıyır. O yatanda da, duranda da, məktəbə gedəndə də əlində daş var. Hər an qarşısında peydə olaraq ona avtomat yönəldən sinonist əsgərinin qorxutmaq üçün saxlayır bu daşı. 
 
Ömrü dağıntılar arasında itirdiyi oyuncağını tapmaqla keçən və bir gün böyüyərək şəhid atasının yerində mübarizə səngərində dayanacaq Qəzzalı körpə. Doğum günün mübarək!  / Maide.Az  /
 
 

Google+ WhatsApp ok.ru