Qəzzada şəhid olan fələstinlilərin sayı 18 nəfərə çatıb

Qəzzada şəhid olan fələstinlilərin sayı 18 nəfərə çatıb

İşğalçı İsrail rejiminin blokadada saxlanılan Qəzza bölgəsinə hücumu nəticəsində şəhid olan fələstinlilərin sayı 18 nəfərə çatıb, 100-dən çox insan yaralanıb.   
 
Maide.Az xarici KİV-lərə istinadən  xəbər verir ki, şəhid olanlar arasında bir hamilə qadın, 14 aylış körpə və  çox sayda dinc sakin var. 
 
Məlumata görə, Qəzza müqaviməti atəşkəs sazişini pozan İsrail rejiminin qüvvələrinə cavab olaraq, sionist qəsəbələrini 600 ədəddən çox  Qrad və digər raketlərlə vurub. 
 
İşğalçı rejim Misirin təklif etdiyi atəş kəs sazişini qəbul etməyib, hava, quru və dənizdən Qəzzanı bombalamağa davam edir. 
 
İsrail KİV-lərinin məlumatına görə, Fələstin Müqavimət Qüvvələrinin işğal olunmuş ərazilərə atdığı raketlər nəticəsində 5 sionist qəsəbə sakini həlak olub. Çox sayda binalara ziyan dəyib.    
 

Google+ WhatsApp ok.ru