Qəzza müqaviməti atəşkəs üçün İsrail rejiminə vaxt verdi

Qəzza müqaviməti atəşkəs üçün İsrail rejiminə vaxt verdi

Qəzza müqaviməti atəşkəs müqaviləsinin şərtlərinin həyata keçirilməsi üçün sionist rejimə mayın 9-na qədər vaxt verib.
 
Maide.Az "Deyerler.org"-a istinadən xəbər verir ki, atəşkəs müqaviləsinə görə, Sionist İsrail rejimi cümə axşamı gününə kimi bu şərtləri yerinə yetirməlidir:
 
- Balıqçıların ov etmə məsafəsi 12 milə qədər genişləndiriləcək,
 
- Qəzza sərhədin dinc aksiya keçirənlərə atəş açıqlamayacaq,
 
- Qətərdən göndərilən maliyyə yardımları və yanacaq tankerlərinin Qəzzaya daxil olmasına icazə veriləcək,
 
- Qəzzadakı xəstələrin rahat şəkildə müalicə olması üçün Misirə getməsinə icazə veriləcək,
 
- Qəzza əhalisinin əsas ərzaq və geyim ehtiyaclarının Qəzzaya buraxılmasına icazə veriləcək.
 

Google+ WhatsApp ok.ru