Qəzzalılar ‘Böyük Qayıdış Yürüşü’nün 59-cu cüməsində aksiyalara qoşulub

Qəzzalılar ‘Böyük Qayıdış Yürüşü’nün 59-cu cüməsində aksiyalara qoşulub

Olduqca isti hava şəraitinə baxmayaraq, Qəzza əhalisi yenə izdihamla "Blokadanı Qırma və Böyük Qayıdış Yürüşü"nün 59-cu cüməsində bölgənin şərq sərhədində yerləşən qayıdış çadırlarına axın edib.
 
Dünənki cümə aksiyası "Həmrəylik və Mərhəmət Cüməsi" adlandırılıb.
 
İsrail rejimi qüvvələri dünənki aksiyalara da qaz bombalarıyla müdaxilə edib. Verilən məlumatlara görə, əl-Bureyc qaçqın düşərgəsinin şərqində, Huzaa qəsəbəsində
 
Qəzzanın cənubunun orta hissələrində İsrail qüvvələri tərəfindən fələstinli gənclərin üzərinə qaz bombası atılıb.
 
Fələstinli gənclər işğalçıların hücumlarına qarşı Qəzzanı mühasirəyə alan yəhudi yaşayış məntəqələrinin ərazilərinə yandırıcı şarlar və çərpələnglər göndəriblər. Bu şarların və çərpələnglərin ətrafdakı yaşayış məntəqələrində bəzi yerlərdə yanğınlara səbəb olduğu bildirilib.
 
"Maariv" qəzetinin saytında yer alan xəbərə görə, bir yanğın da Askalan ətrafında baş verib və qələbəlik bir qrup buradakı yanğını söndürmək üçün göndərilib. /Felestin.info /

 

Google+ WhatsApp ok.ru