Qəzzada humanitar durum daha da pisləşib

Qəzzada humanitar durum daha da pisləşib

İşğalçı İsrail rejiminin son hücumu nəticəsində Qəzzada kənf təsərrüfatı, iqtisadiyyat, səhiyyə, təhsil və infrastruktur da daxil olmaqla təxminən 9,5 milyon dollar zərər dəyib. 
 
Maide.Az “AA”a istinadla xəbər verir ki, bunu  Qəzzanın tikinti və infrastruktur nazir müavini  Naci Sərhan  deyib. 
 
İşğalçı rejimin son hücumu ilə Qəzzada humanitar durum daha da pisləşib deyən N.Sərhan bidlirib ki, Qəzzada təqribən 100 bina tamamilə dağıdılıb, 700 bina qismən dağıdılıb. 
 
N.Sərhan  işğalçı rejimin 2018-ci ildin noybr, 2019-cu il mart və may aylarında mühasirədə olan  Qəzzaya hücumu nəticəsində 2 min 200 yaşayış binasına ziyan dəyib,  207 yaşayış binası isə tamamilə dağıdılıb. 
 
Qeyd edək ki, işğalçı rejimin may ayınn 4-5- də Qəzzaya hücumu nəticəsində  25 fələstinli şəhid olub. Onlardan 3-ü hamilə qadın və 2 körpə uşaqdır. Hücumlar nəticəsində 150 fələstinli yaralanıb.
 

Google+ WhatsApp ok.ru