Qəbul imtahanların nəticələri elan edilib

Qəbul imtahanların nəticələri elan edilib

İyulun 19-da Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrini elan edib.
 
DİM-dən Turana məlumat veriblər ki, imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 28699 abituriyentdən 408 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 15 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
 
İmtahanda III ixtisas qrupu üzrə 1 abituriyent maksimal nəticə - 400 bal toplayıb.
 
Qeyri-kafi nəticələri göstərən abiturientlərin sayı barədə heç bir məlumat verilməyib.
 
Abiturientlər imtahanın nəticələri ilə bağlı Apelyasiya Komissiyasına müraciət edə bilərlər. Abituriyent ilə yanaşı valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apelyasiya Komissiyasının iclasında iştirak edə bilər. 
 

Google+ WhatsApp ok.ru