Qəzzanın şimalında İsrail rejiminin bazasında güclü partlayış baş verib

Qəzzanın şimalında İsrail rejiminin bazasında güclü partlayış baş verib

Sionist mənbələri Qəzzanın şimalında yerləşən Askalan yaşayış mərkəzinə yaxın bir yerdə yerləşən İsrail rejiminin bazasında böyük bir partlayışın baş verdiyini bildirib.
 
Maide.Az "deyerler.org" a   istinadən xəbər verir ki, İsrail rejiminin ordusuna məxsus bazada baş verən partlayışdan sonra, sionist rejimin Zikim və Huf Aşkolon yaşayış məskənlərində həyəcan siqnalları çalmağa başlayıb.
 
 
Bu arada, İsrail rejiminin ordusu Qəzza ilə işğal altındakı Fələstin torpaqları sərhədində bir PUA-nı hədəfə aldığını qeyd edib.
 
Qəzzada isə, Fələstin müqaviməti raket sınağı keçirib və raketin marşrutunun dənizə doğru olduğu bildirilib.
 

Google+ WhatsApp ok.ru