Qəzza müqaviməti İsrail rejiminin bir PUA-sını vurdu

Qəzza müqaviməti İsrail rejiminin bir PUA-sını vurdu

Fələstin müqaviməti dünən (3 noyabr) axşam Qəzzanın şimalında İsrail rejiminin bir pilotsuz uçuş aparatını vuraraq, yerə salıb.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Fələstin müqaviməti Qəzzanın şimal sərhədi üzərində uçan, İsrail rejiminin ordusuna aid kiçik bir PUA-ya atəş etdikdən sonra fotoşəkilini çəkiblər.
 
Vurulan PUA-nın döyüş xüsusiyyətində olmadığı, çəkiliş aparma üçün istifadə edilən növdən olduğu bildirilib.
 
Fələstin müqavimətinin indiyə qədər İsrail rejiminin ordusuna aid və bəziləri qəza nəticəsində düşmüş, bəziləri də müqavimət qüvvələrinin atəş açması nəticəsində vurulmuş xeyli sayda PUA-nı təsbit etdiyi qeyd olunub.
 

 

Google+ WhatsApp ok.ru