Qəbul imtahanı necə keçiriləcək, abituriyentlər narahatdır

Qəbul imtahanı necə keçiriləcək, abituriyentlər narahatdır

Səadət Kərimovanın övladı 11-ci sinif şagirdidir.   

O, ali məktəblərə qəbul imtahanlarının nə vaxt və necə keçirilməsi barədə məlumatsız olduğu üçün narahatdır.   
 
Ölkədə koronavirusla bağlı xüsusi karantin elan olunib, bundan öncə - martın 3-də orta və ali məktəblərdə tədris dayandırılıb. Bu səbəbdən ali və orta ixtisas müəssisələrinə apreldə keçirilməli qəbul imtahanları da ertələnib.   
 
Valideynlər və abituriyentlər gərgindirlər, rəsmi qurumlarsa dəqiq danışa bilmirlər.  
 
"Övladım stress yaşayır. Elə mən də narahatam. Bu təhlükə keçib gedəcək. Amma mən istəmirəm ki, bu vəziyyət oğlumun gələcək təhsilinə təsir etsin”, - Səadət Kərimova danışır.  
 
O, həmçinin imtahan qaydalarında dəyişikliklərin olub-olmamasına görə də narahat olduğunu bildirir: "Mövcud vəziyyətdə oğlum vaxt darlığına görə həyəcan yaşayır. Hansısa yeni qaydaların tətbiq ediləcəyi barədə də məlumatımız yoxdur”.  
 
Təhsil eksprti Kamran Əsədovsa qəbula hazırlaşanları arxayınlaşdırmağa çalışır.   
 
Ekspert "Facebook” hesabında yazır ki, qəbul imtahanlarında keçirilməyən mövzular test tapşırığına salınmayacaq: "Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi bu ilki bütün növ imtahanlarda tədris olunmayan mövzulardan suallar tərtib olunmayacaq. Bu o deməkdir ki, 3 martdan etibarən 9-cu və 11-ci sinif şagirdlərinin keçməli olduğu, amma keçə bilmədiyi mövzulardan test tapşırığı salınmayacaq”.   
 
Repetitorluqla məşğul olan Zeynəbxanım Hüseynova isə keçirilməyən mövzuları izah etməkdə israrlıdır: "Mövzular bir-biri ilə əlaqədardır. Belə bir qərar olsa da, abituriyentlərimə keçirilməyən mövzuları izah etməyə çalışacağam”.  
 
K. Əsədovsa Toplum Tv-yə açıqlamasında keçirilməyən mövzuların imtahana salınmamasını ədalətli saydığını bildirir: "Ali təhsil müəssisələrinə qəbul zamanı orta məktəb müəssisələrində qavranılmış biliklər və formalaşmış bacarıqlar yoxlanılır”.  
 
Koronavirus təhlükəsi ilə bağlı təhsil prosesinin dayandığını vurğulayan ekspert bunun elektron resurslar hesabına tam şəkildə formalaşdırılmağın mümkün olmadığını qeyd edir: "Hətta tədris bərpa edildikdən sonra belə dərinləşdirilmiş, gücləndirilmiş dərslər belə keçirilsə tədris prosesinin axarı pozulub. Buna görə də həmin mövzularda test tapşırıqları tərtib edilərək şagirdlərin bilikləri yoxlanıla bilməz. Şagirdlərin dövlət tərəfindən lazımi dərs vəsaitləri ilə təmin olunması və eyni zamanda, elektron dərslər keçirilməsinə baxmayaraq, bunların heç bir proqramı tam mənimsəməyə imkan vermir”.  
 
Təhsil eksperti Nabatəli Qulamoğlu da hesab edir ki, bu daha düzgün addımdır: "Şagirdlər keçirilməmiş mövzular haqqında məlumat əldə etsələr də, bunları ciddi emal etmək imkanları olmadığından nəticə effektiv olmayacaq. Çünki şagird məlumatı müəllim vasitəsilə emal edir. Hazırki vəziyyətdə isə bu mümkün deyil. Buna görə də Dövlət İmtahan Mərkəzinin(DİM) buna yönəlik addımlarını düzgün hesab edirəm”.  
 
Azərbaycanda Novruz bayramı ilə bağlı qeyri-iş günü olduğundan məsələylə bağlı Dövlət İmtahan Mərkəzindən qəbul imtahanları ilə bağlı məlumat almaq mümkün olmadı. 

Google+ WhatsApp ok.ru