Qəzzada tibbi ləvazimat çatışmazlığı səhiyyə sektorunu təhdid edir

Qəzzada tibbi ləvazimat çatışmazlığı səhiyyə sektorunu təhdid edir

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi yeni növ koronavirus (Kovid-19) səbəbiylə səhiyyə sektorunu təhdid edən tibbi ləvazimat çatışmazlığı ilə üzləşdiklərini açıqlayıb.

 
Maide.Az xəbər verir ki, mətbuat konfransında Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra dərmanların 44%-i, tibbi ləvazimatların 29%-i və laboratoriyalarda və qan banklarında istifadə olunan materialların 56%-nin tükəndiyini, ciddi resurs çatışmazlığının olduğunu bildirib.
 
Kudra, Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə əlaqəli beynəlxalq qurumları Qəzzadakı səhiyyə sektorunun dərman, tibbi ləvazimatlar, tənəffüs cihazları və reanimasiya yataqlarına olan təcili ehtiyaclarını ödəməyə çağırıb.
 
O əlavə edib ki, beynəlxalq qurumlar 14 ildir davam edən Qəzza blokadasının qaldırılması məsələsindəki vəzifələrini yerinə yetirməlidirlər.
 
Qəzzada bu günə qədər 17 nəfər koronavirusa yoluxub.
 
İşğalçı İsrail rejimi təxminən 2 milyon 500 min fələstinlinin yaşadığı Qəzza zolağını 2006-cı ildən bəri qurudan, dənizdən və havadan mühasirədə saxlayır.
 
Təxminən 14 ildir mühasirədə olan Qəzza xalqı iqtisadiyyat, səhiyyə və təhsil kimi bir çox sahədəki imkanların məhdud olması səbəbindən çətinlik çəkirlər.
 

Google+ WhatsApp ok.ru