Qəzza blokadasına qarşı sosial media kampaniyası

Qəzza blokadasına qarşı sosial media kampaniyası

İşğalçı İsrail rejim qüvvələrinin Mavi Mərmərə gəmisinə 31 may 2010 tarixində həyata keçirdiyi hücumun ildönümü ərəfəsində  Twitter və Facebook hesablarında "Qəzza blokada altındadır" haştaqı ilə kampaniya başladılıb.
 
Maide.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, minlərlə fəalın dəstəklədiyi kampaniyada Qəzzanın mühasirəsini qaldırmaq və oradakı insanların problemlərinə son qoymaq çağırışı edilib.
 
Kampaniyada iştirak edən fəallar Qəzza xalqının dərdlərini dilə gətirən və Mavi Mərmərə gəmisində öldürülən türklərin fotolarını paylaşıblar.
 
İnsan Hüquqları və Azadlıqları (İHH) Qəzza Ofisinin mətbuat katibi Mahmud Şurefa kampaniya ilə birlikdə bütün beynəlxalq norma və qanunlara görə cinayət sayılan Qəzzanın mühasirəsini qınadıqlarını bildirib.
 
"Sosial mediada blokada səbəbiylə iqtisadi çətinliklərlə üzləşən Qəzza xalqına dəstək verən və İsrailin törətdiyi cinayətləri, o cümlədən Mavi Mərmərə hücumunu işıqlandıran vahid səs olduq", - deyən Şurəfa, Qəzzadakı mühasirəyə görə tibbi avadanlıq və dərman çatışmazlığı olduğunu, təməl humanitar xidmətlərin təmin edilmədiyini, yoxsulluq və işsizliyin artdığını bildirib.

Google+ WhatsApp ok.ru