Qətər: '4 ərəb rejiminin ittifaqı səriştəsiz təşkilatdır'

Qətər: '4 ərəb rejiminin ittifaqı səriştəsiz təşkilatdır'

Qətər Xarici İşlər naziri növbəti dəfə ölkənin, 4 ərəb rejimi ilə münasibətlərdəki böhranı həll etmək istiqamətində şərtli hazırlığını vurğulayıb. Dörd ərəb rejiminin (Səudiyyə rejimi, Misir rejimi, Bəhreyn rejimi və Birləşmiş Ərəb Əmirlikləri) Qətərə qarşı mühasirənin dördüncü ilinə girməsi ilə, Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani, bu ölkənin 4 rejimlə böhranın şərti həllinə hazır olduğunu söyləyib.  

 
Maide.Az "Deyerler.org"-a istinadən verdiyi xəbərə görə, Əl Tani verdiyi müsahibədə Körfəz Əməkdaşlıq Şurasını “iflic” təşkilat adlandıraraq, Qətərin suverenliyi və ya beynəlxalq normaları pozulmaması şərti ilə Qətərin bu rejimlərlə münasibətlərdəki böhranın həllinə nail olmağa hazır olduğunu bildirib.
 
Əl Tani qeyd edib ki, Qətərin blokadası, iflic vəziyyətdə olan Körfəz Əməkdaşlıq Şurası rejimlərinə ziyan vurub və siyasi fikir ayrılıqları bu təşkilatın üzvü olan rejimlərin maraqlarının reallaşmasına mane olur.
 
Qətər Xarici İşlər naziri, müəyyən irəliləməyə baxmayaraq, keçən il böhranı həll etmək planlarının uğursuz olduğunu və qarşı tərəfin, əslində, danışıqlara girmək niyyətində olmadığını söylədi. O, həmçinin ABŞ-ın, Səudiyyə rejimi və Birləşmiş Ərəb Əmirliklərini Qətər təyyarələri üçün hava məkanlarını yenidən açması üçün təzyiq göstərməsindən danışdı: "İndiyə qədər heç bir irəliləyiş əldə edilmədi, lakin yenə də amerikalılarla davamlı əlaqə saxlayırıq".

Google+ WhatsApp ok.ru