Qəzzada atəşkəs; İşğalçı İsrail rejimi HƏMAS-ın şərtlərini qəbul etdi

Qəzzada atəşkəs; İşğalçı İsrail rejimi HƏMAS-ın şərtlərini qəbul etdi

HƏMAS-ın  Qəzza zolağından Fələstinin İsrail rejimi tərəfindən işğal olunmuş  ərazisinə helium qazı ilə şişmiş şarları göndərməyi  dayandırmaq üçün irəli sürdüyü şərtlər işğalçı rejim tərəfindən qəbul olunub və atəşkəs elan olunub. 
 
Maide.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu gündən etibarən Kerm Əbu Səlim sərhəd keçid məntəqəsinin yanacaq girişi də daxil olmaqla fəaliyyəti bərpa olunub.  
 
Məlumata görə, həmçinin Qəzza zolağındakı balıqçıların balıq ovu məsafəsi yenidən 15 mil artırılıb. 
 
Qeyd edək ki,  avqustun 12-dən bu günə kimi işğalçı İsrail rejimi Qəzzaya yanacaq idxalına qadağa qoymuşdu və  Qəzza zolağındakı Elektrik Dağıtım Şirkəti bölgədəki yeganə elektrik stansiyasında istehsalın 18 avqustda dayandığını bildirmişdi. 
 
İşğalçı İsrail rejim, mühasirədə olan Qəzza zolağından işğal olunmuş ərazilərdə  yerləşən yəhudi məskənlərinə helium qazı ilə şişmiş şarları göndərildiyi səbəbi ilə Fələstinli balıqçıların balıq ovuna da qadağa qoymuşdu. 
 
İşğalçı rejim həmçinin  avqustun 12-dən Qəzza zolağına  hava hücumları təşkil edirdi. 
 
Xatırladaq ki, avqustun 18-də HƏMAS  Qəzza zolağından Fələstinin İsrail rejimi tərəfindən işğal olunmuş  ərazisinə helium qazı ilə şişmiş şarları göndərməyi  dayandırmaq üçün fələstinli balıqçıların balıq ovu məsafəsinin artırılmasını, “Kərəm Əbu Salem” keçidinin açılması və 24 saat fəaliyyət göstərməsini, eləcə də  Qəzzada qaz və elektrik infrastrukturu ilə bağlı götürülən öhdəliklərin yerinə yetirilməsini şərt kimi irəli sürmüşdü. 

Google+ WhatsApp ok.ru