Qəzalı vəziyyətdə olan binanın sakinləri narazılıq edir

Qəzalı vəziyyətdə olan binanın sakinləri narazılıq edir

Kürdəmirdə yaşayış binası qəzalı vəzəyyətdədir. 
 
Qəzalı vəziyyətdə olan yaşayış binasının sakinləri binanın ciddi şəkildə təmirə ehtiyacı olduğunu bildiriblər.
 
Sakinlər qeyd edir ki, uzun illərdir qəzalı vəziyyətdə və yaşayış üçün təhlükəli olan binanın təmiri üçün dövlət tərəfindən üçün vəsait ayrılıb: "Təmir işləri binanın müəyyən bir hissəsini əhatə edib, bizim yaşadıəğmız hissə təmir olunmadı.Biz binanın təmir olunmaması ilə bağlı yerli orqanlara müraciət etdik.  Məsuliyyəti konkret olaraq heç bir qurum öz üzərinə götürmədi".
 
Bina ötən əsrin ortalarında inşa edilib və hazırki bərbad vəziyyət 10 ildən çoxdur ki, hökm sürür. Binanın dam örtüyü, demək olar ki, tamamilə yararsız vəziyyətə düşüb. Binada yaşamaq isə artıq təhlükəyə çevrilib. /report/
 

Google+ WhatsApp ok.ru