Qəzzalılar Ərəb dövlətlərinin Təl-Əvivlə sazişinə raketlə cavab verdi - YENİLƏNİB

Qəzzalılar Ərəb dövlətlərinin Təl-Əvivlə sazişinə raketlə cavab verdi - YENİLƏNİB

 BƏƏ və Bəhreynin İsraillə əlaqələrin rəsmiləşdirilməsi sazişini imzalaması fonunda Qəzzadan Aşkelon və Aşdoda raket atılıb.
 
Maide.Az xəbər verir ki, Qəzzada olan Fələstin hərəkatları o cümlədən “Səraya əl-Qüds” İsrailin raket zərbələrinə cavab olaraq Aşkelon və Aşdod şəhərlərini hədəfə aldığını bildiriblər.
 
“Səraya əl-Qüds” bildirib ki, bu addım İsrailin Qəzzaya təcavüz etməsinə cavab olaraq atılıb.
 
Eyni zamanda İsrail mənbələri ötən gecə Qəzzadan atılan raketlər nəticəsində Aşkelon və Aşdod şəhərləri ərazisində 7 nəfərin yaralandığını bildiriblər.
 
Qeyd edək ki, BƏƏ və Bəhreynin ötən gün Vaşinqtonda İsraillə əlaqələri rəsmiləşdirməklə bağlı imzaladıqları saziş ərəb və müsəlman dünyasında böyük etirazlara səbəb olub. 
 
Press TV isə, sionist rejimin pilotsuz təyyarələrinin Qəzzanı bombaladığını və hücumda itkilərin olmadığını qeyd edib.
 
Əl-Cəzirə televiziyası isə, İsrail rejiminin döyüş təyyarələrinin Qəzzanın mərkəzindəki Deyr Əl-Balah şəhərinin şərqindəki əkin sahələrinə hücum etdiyini bildirib.
 
Sionist rejiminin döyüş təyyarələri bu səhər (çərşənbə) müxtəlif ərazilərə qarşı bir sıra hava hücumları həyata keçirdi.
 
Fələstin KİV-lərinin verdiyi məlumata görə, hücumlar bir neçə müqavimət bazasını hədəfə alıb və mülki evlərə ziyan vurub.
 
Fələstinli müqavimət qruplarının hərbi qolları da Qəzza yaxınlığındakı sionist yaşayış məntəqələrini raket atəşinə tutaraq həyəcan təbili çalıblar.
 
“Palestine Today” qəzetinin verdiyi məlumata görə, Fələstinin İslami Cihad hərəkatının hərbi qolu Saraya Əl-Qüds, rejimin Qəzzadakı müqavimət mövqelərinə hücumlarına cavab olaraq və atəşə tutma çərçivəsində sionist yaşayış məntəqələrinə raket atıldığını açıqlayıb.
 
Fəth təşkilatının hərbi qanadı olan Əl-Əqsa Şəhidləri briqadaları da sionist düşmənə mesajında “Atəşə qarşı atəş, Fələstin müqavimətinin dəyişməyən bir tənliyidir” deyib.
 
Fələstin Müqavimət Komitələrinin hərbi qanadı olan Nasir Səlahəddin briqadası da səssizliyin vaxtının bitdiyini və atəşin atəşlə cavablandırılacağını açıqlayıb.
 
HƏMAS-ın İzzəddin Əl-Qəssam briqadaları da sionist rejimin Fələstin xalqına və ya müqavimət bazalarına qarşı istənilən təcavüzünün əvəzini ödəyəcəyini və atəşə verilən cavabın atəşlə edildiyini bildirib.
 
İsrail rejiminin ordusu da bu gün səhər Qəzzaya endirilən hava hücumları barədə açıqlama verib.
 
Sionist ordusunun Tvitter səhifəsində yerləşdirilən açıqlamada, belə qeyd olunub: “Dünən gecə Qəzzadan İsrail rejiminə təxminən 15 raket atıldı. Bundan sonra İsrail rejiminin ordusunun döyüş təyyarələri və helikopterləri Qəzzada HƏMAS-ın bir sıra hədəflərini vurdu”.
 
Fələstin mediası dünən Qəzzadakı Fələstin İslami Müqavimətinin Asqalan və Aşdoddakı sionist yaşayış məntəqələrinə bir neçə raket atdığını bildirmişdi.
 
Məlumata görə, adı çəkilən qəsəbələrdə həyəcan siqnalları davamlı səslənir.
 
İsrail rejiminin Yedioth Ahronoth qəzetinin hərbi müxbiri Qəzzanın Ağ Evdə toplaşanlara raketlərlə cavab verdiyini yazıb.
 
Sosial şəbəkədə və mediada sionist rejimin raketdən müdafiə sisteminin ciddi şəkildə aktivləşdirildiyini göstərən videolar və fotolar yayılır.
 
Yayımlanan görüntülər medianın və İsrail rejiminin ordusunun bu axşam sionist yaşayış məntəqələrinə raket hücumunda atılan raketlərin ələ keçirilməsi və məhv edilməsi barədə iddialarının doğru olmadığını və Aşdoddakı bir mağazanın vurulduğunu və iki nəfərin yaralandığını göstərir.
 
Ancaq Zaka Yardım İnstitutu da daxil olmaqla sionist mənbələri yaralıların sayının altı olduğunu bildirib.

Google+ WhatsApp ok.ru