Qərbi Afrikada 16 milyon insan təhlükəsiz qida üçün mübarizə aparır

Qərbi Afrikada 16 milyon insan təhlükəsiz qida üçün mübarizə aparır

Qida Böhranının Qarşısını Alma Şəbəkəsi (RPCA), Qərbi Afrikadakı qida böhranına dair hesabat dərc edib.
 
 Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, təşkilatın hesabatında Qərbi Afrikanın son illərin ən ciddi qida böhranlarından biri ilə qarşılaşdığı qeyd edilib.
 
Qərbi Afrikada 16,7 milyon insanın oktyabr ayından bəri qida təhlükəsizliyi ilə mübarizə apardığı bildirilən hesabatda, qida əldə etməyin ən çətin olduğu 2021-ci ilin iyun-avqust məhsuldarlıq mövsümündə bu rəqəmin 24 milyona yüksələ biləcəyi xəbərdarlığı edilib.
 
Hesabatda qida böhranının əsas səbəbi kimi təhlükəsizlik probleminə işarə edilib və hazırda yalnız Nigeriyada 9,2 milyon insanın aclıq təhlükəsi altında olduğu xatırlatılıb. Tez-tez terror hücumlarının hədəfi olan Burkina Fasoda 2 milyon insanın eyni vəziyyətdə olduğu diqqətə çatdırılıb.
 
Qlobal istiləşməyə görə, çəyirtkə istilasının kənd təsərrüfatı torpaqlarına ciddi ziyan vurduğu bildirilərək, bunun qida böhranına səbəb olan ikinci ən vacib amil olduğu vurğulanıb.

Google+ WhatsApp ok.ru