Allah buyurdu: «Ey Adəm, onların adlarını (ya onların həqiqətlərini və sirlərini) mələklərə xəbər ver». Elə ki, (Adəm onların) adlarını (ya həqiqətlərini) mələklərə xəbər verdi, Allah buyurdu: «Sizə demədimmi ki, həqiqətən, Mən göylərin və yerin gizlinliklərini bilirəm və sizin həm aşkar etdiyinizdən, həm də gizlətdiyinizdən xəbərdaram?!» ("Bəqərə" surəsi 33)

Həzrət Məhəmməd (s) buyurur:
“Ən güclü insan xalqa qalib gələn yox, nəfsinə qalib gələndir.”



Qaçqınlar problemlərinin həllini tələb edirlər

-- `müavinətlərin dondurulmasından` şikayət edirlər

Tarix : 15-05-2018 16:22

Mayın 15-də qaçqın və məcburi köçkünlərdən ibarət böyük bir qrup Qaçqınlarla və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin qarşısına toplaşıb. Müxtəlif rayonlardan gələn adamlar evsizlikdən, "çörək pulları"nın kəsilməsindən, "müavinətlərin dondurulmasından" şikayət edirlər.
 
Komitədə qəbul ayda bir dəfə, hər ayın 15-də olduğu üçün adamlar Komitənin önünə bu gün toplaşıblar.
 
Qaçqın və köçkünlərin qəbulunda xaotikliyin yaşandığı özünü dərhal göstərir və elə buna görə də etirazlar səslənir: "Əvvəlcə növbəliliyi təmin etmək üçün siyahı hazırladılar, sonra həmin siyahını bir yana atdılar ki, qaçqın kartları ilə gəlin, ona görə də burada qarışıqlıq düşdü", - qaçqınlardan biri deyib.
 
Onlar Komitənin laqeyd münasibətindən və problemlərə başdansovdu yanaşmasından şikayət edirlər: "Verilən cavablar eyni məzmunda və başdansovdudur. Bax, əlimdə 10-dan çox məktub var, hamısı da qısa və eyni cümlələrdən ibarətdir. Nə olsun, cavab verirlər, problem həllini tapmır, bizim məqsədimiz məktub yazmaq deyil axı, məktubda qaldırılan problemin həllinə nail olmaqdır", - qaçqınlardan biri bildirib.
 
Vətəndaşlardan biri isə 4 uşaqla 12 kvadratmetrlik yataqxanada yaşadığını, neçə illərdir bu barədə müraciətlər etsə də problemin həllini tapmadığını deyir.
 
Digər vətəndaş isə deyir ki, qolu şikəstdir, işləyə bilmir, 5 nəfər ailə üzvünün çörək pulunu kəsiblər və bunun bərpa olunmasını istəyir.
 
Eyni zamanda bu kateqoriyadan olan ölkə vətəndaşları Komitənin yerli şöbələrinin fəaliyyətindən də narazılıq ifadə edirlər.
 
Komitənin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev vətəndaşların qarşısına çıxaraq onların şikayətlərini dinləyib. O bildirib ki, Komitə heç zaman bu insanlara laqeyd yanaşmayıb, sadəcə, hamını qəbul etməyə vaxt çatmır.
 
İ.Mirzəyev deyib ki, bundan sonra qəbul ayda bir dəfə yox, ayda dörd dəfə olacaq.
 
Ancaq vətəndaşlar hələ də Komitənin önündə toplaşıb. (contact.az)


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:11
06:31
12:32
18:46
23:52
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

26-09-2018 19:14