Qaçan məhkumların kimliyi və nədə ittiham edildikləri məlum olub - YENİLƏNİB

Qaçan məhkumların kimliyi və nədə ittiham edildikləri məlum olub - YENİLƏNİB

Bakıda qaçan məhbusların adları məlum olub.
 
Maide.Az bildirir ki, Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Biləcəri stansiyasında qatardan qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir.
 
E. Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə. Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar.
 
***
Şirvanda cəza çəkən məhkumlardan bir neçəsi Bakıya gətirilərkən qaçıb.
 
Maide.Az APA-ya istinadən xəbər verir ki, həmin məhkumla Şirvandan Bakıya qatarla gətirilirmiş. Qatar Biləcəri stansiyasında dayanan zaman onlardan bir neçəsi qaçmağa nail olub.
 
Hazırda qaçan məhkumların axtarışı davam edir.
 

Google+ WhatsApp ok.ru