Qadın fəallar Trampa etiraz etdi

Qadın fəallar Trampa etiraz etdi

ABŞ prezidenti Donald Trampa məxsus bir idman kompleksində qadınlar üzrə qolf turniri zamanı bir neçə qadın fəal Tramp əleyhinə şüarlar səsləndirib və onun kənarlaşdırılmasını istəyib.
 
Golf Channel portalının məlumatına görə, Nyu-Cersidə idman kompleksində baş tutan bu etiraz aksiyasında qadınlar etiraz şüarları yazılan paltarlar geyinərək Donald Trampın qadınlara hörmətsizliyinə etiraz edib. 
 
Qadın fəalların paltarı üzərində "Qadına qarşı olan Trampı kənarlaşdırın" şüarı yazılıb. 
 
Etirazçılar Trampın olduğu məkana qədər yaxınlaşa və onun gözləri qarşısında etiraz edə bilib. 
 
Etirazçı qadınlar Altra Violent qrupunun üzvləridir. Bu qrup qadınların hüquqlarının müdafiəsi və cinsi ayrı-seçkiliklə mübarizə üzrə fəaliyyət göstərir.  

Google+ WhatsApp ok.ru