Qadağan edilmiş silahlar yəmənli uşaqlarda xərçəng xəstəliyi yayır

Qadağan edilmiş silahlar yəmənli uşaqlarda xərçəng xəstəliyi yayır

Əl-Masira agentliyi Səudiyə rejiminin koalisiyası tərəfindən qadağan olunmuş silahların istifadəsi nəticəsində yəmənli uşaqlarda xərçəng diaqnozu qoyulduğunu göstərən video təqdim edib.
 
Yəmənin Milli Qurtuluş hökümətinin səhiyyə naziri Taha Əl-Mutavakel, son zamanlarda Birləşmiş Millətlər Təşkilatının ən sadə tibb müəssisələrinin işini təşkil edə və Yəmənə avadanlıqların çatdıra bilmədiyini və Səudiyə rejiminin təzavüzündən onkiloji xəstəliklərin artdığını söyləyib.
 
Maide.az "Deyerler.org"-a istinadən verdiyi xəbərə görə, Əl-Mutavakel bunu Səudiyə rejimi tərəfindən beynəlxalq səviyyədə qadağan edilmiş silahların istifadəsi ilə əlaqələndirərək, müalicə mərkəzlərinin Yəmənin müxtəlif əyalətlərindən ildə 7000 xəstə qəbul etdiyini və yarısının dərman və xüsusi vasitələrin çatışmazlığına görə öldüyünü söyləyib.
 
Onun sözlərinə görə, hava hücumlarından xəsarət alan əksər bölgələrdə insanların təhlükəli xəstəliklərə yoluxduqlarını vurğulayıb. Bununla əlaqədar olaraq Əl-Masira telekanalı bədənin müxtəlif yerlərində xərçəng diaqnozu qoyulmuş Səada əyalətindəki (şimal Yəmən) yəmənli uşaqlar haqqında film təqdim edib.
 
Yəməndə Sana Beynəlxalq Hava Limanının bağlanması nəticəsində qadınlar və uşaqlar daxil olmaqla 65 mindən çox xərçəng xəstəsinin həyatlarının risk altında olduğu deyilir. Yəmən Milli Xərçəng Mərkəzinin uşaq onkoloji şöbəsinin müdiri Yəməndə uşaq xərçəngi ölümlərinin artmasında BMT-ni ittiham edib.
 

Google+ WhatsApp ok.ru