Qadağan olunmuş şəhərdən FOTOLAR

Qadağan olunmuş şəhərdən FOTOLAR

 

 
Malayziyalı fotoqraf gizli şəkildə Yaponiyanın qadağan olunmuş  Fokoşima bölgəsinə səfər edib. Fokoşimada  baş vermiş atom faciəsindən 5 il keçməsinə baxmayaraq bu bölgəyə giriş hələdə qadağandır. 
 
Maide.Az xəbər verir ki, Kiyu vi Long  və dostları gizli şəkildə bu bölgəyə səfər edib və oradan fotolar çəkib.
 

Yaponiyanın Fokoşima Atom Elektrik Stansiyasında faciə 2011-ci ilin mart ayında 9 bal gücündə zəlzələ və sunamidən sonra baş verib.  Ekspertlər bu hadisəni  Çernobil hadisəsindən sonra ən böyük atom faciəsi adlandırıblar. 

 
Bu hadisə nəticəsində AES-in ətrafında yaşayan 160 min nəfər evlərini tərk etmək məcburiyyətində qaldı. 
 
Malayziyalı fotoqraf qadağan olunmuş Fokoşima bölgəsinə girməsi haqda bunları deyib: "Şəhərdə polislər nəzarət edir,  biz bu şəhərdə gəzmək üçün az vaxtımız var idi.  Polis qüvvələrindən  yayınmaq üçün, gecə saat 1-də şəhərə girdik. 
 

O deyir ki, bu şəhərdə əhali o qədər tez evlərini tərk ediblər ki, öz qiymətli əşyalarını belə götürməyə fürsət tapmayıblar. "Bu şəhər və ətrafında olan daha 3 şəhərin mağazalarına girdikdə görəcəksiz ki,mallar elə 2011-ci ildə qoyulduğu yerdə də durur. heç bir şey dəyişməyib. Fokişima  ruhlar şəhərinə oxşayır"

Google+ WhatsApp ok.ru